“Şəhidlərimizin fədakarlığı nəticəsində Azərbaycan ərazi bütövlüyünü yenidən təmin edib. Artıq Azərbaycan əraziləri illərdir həsrət qaldığı Tərtər çayının sularına qovuşub. Şuşanın başındakı duman artıq dərdli deyil. Əsir xarıbülbül artıq azaddır və daha parlaq açacaq”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər paradındakı çıxışında söyləyib.
Ərdoğan azad edilən ərazilərlə bağlı duyğularını poetik tərzdə ifdə edib:
“Köndələn çayı artıq daha coşqun axacaq, Araz mahnısını daha yaxşı oxuyacaq, Qarabağ şikəstəsini oxuyan nəfəslər daha güclü çıxacaq. Arazı ayırdılar, qum ilə doyurdular.
Mən səndən ayrılmazdım, zülm ilə ayırdılar. Ay Laçın, Can Laçın, mən sənə qurban Laçın! Gözəlliyinə qurban olduğumuz Laçın artıq azaddır. Laçın kimi, Şuşa kimi, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam və Kəlbəcər də artıq azaddır”, - o vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:45 / 10.12.2020
''Şuşanın başındakı duman dərdli deyil'' - Ərdoğan
Hazırda oxunan: ''Şuşanın başındakı duman dərdli deyil'' - Ərdoğan
Hazırda oxunan: ''Şuşanın başındakı duman dərdli deyil'' - Ərdoğan
4853
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.