Xaçmazda yük avtomobili yandı – 2 nəfər yanıq xəsarətləri aldı

Xaçmazda yük avtomobili yandı – 2 nəfər yanıq xəsarətləri aldı

Hazırda oxunan: Xaçmazda yük avtomobili yandı – 2 nəfər yanıq xəsarətləri aldı

48304

Xaçmaz rayonunda Əmrah Şeydayevin idarə etdiyi iritonnajlı yük avtomobilinin kabinəsində qəfil yanğın başlayıb. Alov tez bir zamanda yük maşınını bürüyüb.

Bizim.Media xəbər verir ki, hadisə səhər saatlarında Bakı-Gəndob-Yalama  avtomobil yolunun Xaçmazdan keçən hissəsində qeydə alınıb.
                            
Sürücü və sərnişini avtomobili söndürməyə cəhd etsələr də, buna nail ola bilməyiblər.

Nəticədə Xaçmaz rayonu Şıxlı kənd sakini, 1962-ci il təvəllüdlü Şeydayev Əmrah Qəhraman oğlu və sərnişin Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Mehdiyev Nofəl Bəhmən oğlu müxtəlif yanıq xəsarətləri alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO