Türkiyə Müdafiə Nazirliyi Zəfər paradı ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, nazirlik bu bardə tvitter hesabında yazıb.
“Tək Vətən Hərəkatını uğurla icra edən və Qarabağda böyük zəfər qazanan azərbaycanlı qardaşlarımızı təbrik edirik. Bakıdakı hərbi paradda iştirak edən qəhrəman Ordularımızın əsgərlərini qürurla salamlayırıq. 2 783 şəhidimizə Allahdan rəhmət diləyirik”, - deyə qeyd olunub.
Nazirliyin səhifəsində Azərbaycan Ordusu ilə bağlı videogörüntü də yerləşdirilib. Videoda Azərbaycan və Türkiyə ordularının birgə keçirdiyi təlimlərdən görüntülər, Zəfər paradının məşq kadrları da əksini tapıb.
Bizim.Media
Tek Vatan Harekâtı’nı başarıyla icra eden ve Karabağ’da büyük bir zafer elde eden Azerbaycan Türkü kardeşlerimizi kutluyor, Bakü’deki törenlerde yürüyecek olan Kahraman Ordularımızın askerlerini gururla selamlıyoruz. 2783 şehidimize Allah’tan rahmet diliyoruz.???? pic.twitter.com/lwPFYxJcjT
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) December 10, 2020