Ayvazyan Moskvadadır, Paşinyana görə hesabat verəcək

Ayvazyan Moskvadadır, Paşinyana görə hesabat verəcək

Hazırda oxunan: Ayvazyan Moskvadadır, Paşinyana görə hesabat verəcək

4823

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Ayvazyan təcili olaraq Moskvaya çağrılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “Pastinfo” portalı məlumat yayıb. Telegram kanalları da Ayvazyanın artıq Moskvada olduğunu qeyd edib.

MTX-nın mətbuat xidmətindən isə bu barədə yaxın saatlara rəsmi açıqlama olacağını bildirib. 
Qeyd edək ki, bundan əvvəl Ayvazyan dekabrın əvvəlində Moskvaya səfər edib.

Mediaport Telegram kanalının iddialaırna görə, Moskvada Armen Ayvazyana Soros casuslarının siyahısı təqdim edilib və  onları tutduqları vəzifələrdən azad edilməsi tələb olunub.

Bundan əlavə, Rusiya, Rus televiziya kanallarının ictimai multipleksdən çıxarılması qərarının ləğv edilməsini də tələb edib. Verilən məlumatlara görə, Ayvazyana bu tapşırıqları yerinə yetirmək üçün bir həftə vaxt verilib. 

Keçən müddət ərzində isə Ermənistan tərəfindən konkret addımın atılmaması Rusiyanı qəzəbləndirib. İndi o, Moskva qarşısında hesabat verməlidir.

Vüsalə Balayeva, Bizim.Media
    
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO