Həkimlər şurası Saakaşviliyə diaqnoz qoydu

Həkimlər şurası Saakaşviliyə diaqnoz qoydu

Hazırda oxunan: Həkimlər şurası Saakaşviliyə diaqnoz qoydu

48112

“Empatiya” təşkilatının rəhbəri Mariam Jişkariani bildirib ki, Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin müalicəsini izləyən həkimlər şurası ona stress pozğunluğu diaqnozu qoyub. 

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı TASS agentliyi yayıb.

“İlkin nəticələrə görə, xəstədə stress pozğunluğu təsdiqlənir. Bu, ona qarşı həbsxanada edilən zorakılıqdan sonar baş verib. Nevroloji simptomlar da müşahidə olunur. Söhbət aclıq aksiyasının nəticəsi olan Wernicke ensefalopatiyasından gedir, - deyə Jişkariani qeyd edib.

O, siyasətçinin stasionar reabilitasiya müalicəsinə ehtiyacı olduğunu vurğulayıb.
 

Xatırladaq ki, Mixeil Saakaşvili bələdiyyə seçkilərinin birinci turuna az qalmış Gürcüstana qayıdıb, bundan sonra saxlanılaraq həbs edilib.


Gürcüstanın keçmiş lideri oktyabrın 1-də həbs olunduqdan sonra aclıq aksiyasına başlayıb. Noyabrın 20-də o, həbsxana xəstəxanasından Tbilisinin kənarındakı Qori hərbi hospitalına aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO