Meşədə qanunsuz kəsdiyi ağac üstünə aşdı - Altında qaldığı ÇİNAR öldürdü

Meşədə qanunsuz kəsdiyi ağac üstünə aşdı - Altında qaldığı ÇİNAR öldürdü

Hazırda oxunan: Meşədə qanunsuz kəsdiyi ağac üstünə aşdı - Altında qaldığı ÇİNAR öldürdü

47991

Meşədən qanunsuz ağac kəsən Xaçmaz sakini bədbəxt hadisə nəticəsində ölüb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Xaçmazın Ləcət kəndi ərazisindəki meşə massivində qeydə alınıb.

Sumqayıt şəhərində qeydiyyatda olan, hazırda Ləcət kəndində yaşayan Vilayət Hacımurad oğlu Həsənov yaxınlıqdakı meşədən qanunsuz ağac kəsərkən çinar ağacı üstünə aşıb və o dərhal keçinib.

Xaçmaz Rayon Prokurorluğunda faktla bağlı araşdırma başlayıb.

Qeyd edək ki, mərhum 3 uşaq atası olub.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO