“Kommersant” qəzetinin müxbiri Andrey Kolesnikov Soçidə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdən aldığı təəssüratları bu nəşrin oxucuları ilə bölüşüb.
Bizim.Media xəbər verir ki, müəllifin fikrincə, Vladimir Putin görüşdə həqiqətən Azərbaycan Prezidentinin tərəfində idi və bütövlükdə hər şey onu da qane edirdi.
MÖVZU İLƏ BAĞLI:
Putin Paşinyanla görüşə başladı - DETALLAR - VİDEO
“Nikol Paşinyan haqqında isə bunu demək olmazdı. Müharibədə uduzan Paşinyan indi qalib gələnin yanında əyləşmişdi və bunu etməyə bilməzdi. O, görüşdə “kal səslə danışır, sanki içərisindəki faciəli emosiyaları zorla boğurdu”. Azərtac Andrey Kolesnikovun dediklərindən sitat gətirib.
Koleskinov sərhədlər mövzusu ilə əlaqədar Prezident Vladimir Putinin dediyi, “bu ilin sonuna qədər iki dövlət arasında sərhədlərin demarkasiya və delimitasiyası üçün mexanizm yaradılması barədə razılıq əldə edilməsi və bu mexanizmlərin yaradılması üçün heç bir maneə olmaması” sözlərini xatırladaraq bildirib ki, tərəflər arasında razılıq əldə edilib və sərhəd hazırda qoşunların dayandığı xətt üzrə keçəcək.
Bizim.Media