İlham Əliyevin Soçiyə səfəri Türkiyə MEDİASINDA - FOTO

İlham Əliyevin Soçiyə səfəri Türkiyə MEDİASINDA - FOTO

Hazırda oxunan: İlham Əliyevin Soçiyə səfəri Türkiyə MEDİASINDA - FOTO

47946

Prezident İlham Əliyevin noyabrın 26-da Soçi şəhərinə səfəri, dövlətimizin başçısının keçirdiyi ikitərəfli və üçtərəfli görüşlər, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin birgə Bəyanatı Türkiyə kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Bizim.Media xəbər verir ki, Anadolu Agentliyi Azərbaycanın dövlət başçısının Soçi səfərindən bir çox məqamları müxtəlif dillərdə təqdim edib.

“TRT Haber”, “Haber Global”, “TRT Avaz” telekanalları, “Sabah”, “Milliyet” qəzetləri və digər media qurumları Prezident İlham Əliyevin Soçi səfərini mühüm tarixi hadisə kimi dəyərləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

“Üç ölkənin liderləri sərhədlərin demarkasiyası barədə razılaşıblar” - Yaponiya mətbuatı - FOTO


Mövzu ilə bağlı xəbərlərdə keçmiş münaqişənin yaranma səbəbləri, regiondakı yeni geosiyasi vəziyyət, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması istiqamətində görülən tədbirlər barədə geniş məlumat verilir. Həmçinin dövlət və hökumət başçılarının çıxışlarından mühüm məqamlar ictimaiyyətə çatdırılır.

Türkiyə mediası Azərbaycan Xarici İşlər Nazirliyinə istinadla yazır:

“Görüş nəticəsində Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin imzaladığı Bəyanatda Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib”.

Bizim.Media











© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO