Rəsmi Bakı Soçidə nəyə nail olub? - Əli Hacızadə detalları açıqladı

Rəsmi Bakı Soçidə nəyə nail olub? - Əli Hacızadə detalları açıqladı

Hazırda oxunan: Rəsmi Bakı Soçidə nəyə nail olub? - Əli Hacızadə detalları açıqladı

47935

“Əldə etdiyimiz məlumata görə, Bakı Soçi görüşünü çox müsbət qiymətləndirir, çünki biz əsas məsələlərdə öz mövqelərimizi qoruya bilmişik”.

Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Telegram kanalında politoloq Əli Hacızadə yazıb. 

Onun sözlərinə görə, burada bəyanatın mətninin özü (o, mümkün qədər neytral tərtib edilib və ötənilki bəyanatın praktikası göstərir ki, heç də bütün məqamlar yerinə yetirilməyib) İlham Əliyev, Putin və Paşinyanın bağlı qapılar arxasında üç saatlıq intensiv danışıqlarının real nəticələrindən heç də vacib deyil.
 

MÖVZU İLƏ BAĞLI:

Soçi görüşünün nəticəsi: Azərbaycan və Ermənistan bu məsələlərdə RAZILIĞA GƏLDİ - VİDEO


Politoloqun fikrincə, Bakı aşağıdakılara nail ola bilib:

⁃ “Qarabağın statusu”, ATƏT-in Minsk Qrupu, “münaqişə” mövzusu  - ermənilərin danışmaq istədiyi hər şey tamamilə zərərsizləşdirilib. Eləcə də “müharibə əsirləri” haqqında bir kəlmə də yoxdur, onlar “humanitar məsələlər”in ümumi ifadəsi ilə kifayətləniblər ki, bunların arasında çoxlu sayda, məsələn, mina sahələrinin xəritələri problemləri var.

⁃ Nikol Paşinyanın Soçidə guya Azərbaycan tərəfindən “Ermənistanın suveren ərazisinin işğalı” ilə bağlı şikayətləri dinlənilməyib. Ona açıq şəkildə çatdırılıb ki, ötənilki razılaşmalar icra olunmalıdır.

⁃ Vladimir Putin “nəqliyyat dəhlizləri” ifadəsindən təsadüfən istifadə etməyib. Bəyanatda regionun iqtisadi potensialının artırılması məqsədilə mümkün qədər tez “konkret layihələrin” həyata keçirilməsinin zəruriliyindən bəhs edilir.

Bizdə olan məlumata görə, bu, məhz Zəngəzur dəhlizidir. Ona hansı ad verilsə də Ermənistanda daxili istehlak üçün gözəl bir şans yaranır. Avtomobil və dəmir yolu əlaqələrinin açılması ilə bağlı razılaşmalar əldə olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO