II Qarabağ Müharibəsi iştirakçılarının təltifi davam edəcək

II Qarabağ Müharibəsi iştirakçılarının təltifi davam edəcək

Hazırda oxunan: II Qarabağ Müharibəsi iştirakçılarının təltifi davam edəcək

4793

Bu gün Prezident İlham Əliyevin sərəncamları ilə yüzlərlə II Qarabağ Müharibəsi iştirakçıları müxtəlif orden və medallarla mükafatlandırılıb.

Bizim.Media-ya daxil olan məlumata görə, 16-dan yuxarı dövlət mükafatı və təltifləri ilə şərəfləndirilən hərbçilərimizin bir qisminin adı hələ açıqlanmayıb. Eyni zamanda qarşıdakı günlərdə də qəhrəmanlıq və şücaətləri haqda məlumat daxil olan digər Vətən Müharibəsi iştirakçılarının da mükafatlandırılması davam etdiriləcək.

Bundan başqa müharibə zamanı arxa cəbhədə nümunəvi xidməti olan insanlar da diqqətdə saxlanılaraq ödülləndiriləcəklər.

Yaxın zamanlarda Azərbaycan Prezidenti İlham Əliyevin bu sahədə sərəncamlarının şahidi olacağıq.

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev "Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi haqqında sərəncam imzalayıb – ADLAR.

Polad Həşimov və İlqar Mirzəyevə Milli Qəhrəman adı verildi.

Silahlı Qüvvələrin hərbi qulluqçuları təltif edildi.

Xatırladaq ki, Bu gün Ali Baş Komandan İlham Əliyev tərəfindən Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpası zamanı döyüş əməliyyatlarına peşəkar rəhbərlik edən, hərbi vəzifəsini yerinə yetirərkən cəsarət və hünər göstərən hərbçilər təltif olunub.

Onlardan bir qismi ölümündən sonra  təltif olunublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO