Türkiyə Rusiyadan imtina edib Çini seçdi

Türkiyə Rusiyadan imtina edib Çini seçdi

Hazırda oxunan: Türkiyə Rusiyadan imtina edib Çini seçdi

4787

Türkiyə Rusiyanın koronavirus əleyhinə vaksinini almaycaq.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

O, rusların vaksininin loboratoriya təcrübəsinə cavab vermədiyi üçün Türkiyənin almayacağını deyib:

"Problem ondadır ki, Rusiya vaksini GLP (yaxşı laboratoriya təcrübəsi) şərtlərinə uyğun deyildi. Bu səbəbdən də ÜST və dünyanın bunu alması mümkün deyil. Bizim də maraq dairəmizdən çıxdı”.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, testlərin və araşdırmaların nəticəsində bu vaksin olduqca təsirlidir:

“Rusiyanın koronavirus əleyhinə olan peyvəndi pandemiya ilə mübarizədə çox əhəmiyyətli bir rol oynayacaqdır”.

Qeyd edək ki, Türkiyə  mətbuatının yaydığı məlumata görə, Türkiyə Çinin “Sinovak” vaksinini tərcih edib. 11dekabr tarixindən Türkiyəyə gətirilən vaksin əlavə olaraq 4 ölkə tərəfindən də sifariş edildiyi bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO