Ceyhun Bayramov Məhəmməd Cavad Zərif ilə görüşdü - FOTO

Ceyhun Bayramov Məhəmməd Cavad Zərif ilə görüşdü - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov Məhəmməd Cavad Zərif ilə görüşdü - FOTO

4786

Dekabrın 9-da İrana rəsmi səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşüb.

Bizim.Media bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, görüş zamanı nazirlər bölgədəki cari vəziyyəti, xüsusilə də 10 noyabr tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra mövcud vəziyyəti müzakirə ediblər.

C.Bayramov qarşı tərəfə Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsi ilə bağlı ətraflı məlumat verib.

M.C.Zərif işğal olunmuş ərazilərin azad olunmasını alqışlayıb.

Tərəflər mehriban qonşuluq çərçivəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafı, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO