Müdafiə Nazirliyi “YAŞAT” Fonduna vəsait köçürdü

Müdafiə Nazirliyi “YAŞAT” Fonduna vəsait köçürdü

Hazırda oxunan: Müdafiə Nazirliyi “YAŞAT” Fonduna vəsait köçürdü

4781

Müdafiə Nazirliyinin rəhbərliyi “YAŞAT” Fonduna bir aylıq pul təminatının 50 %-i həcmində vəsait köçürüb.

Bizim.Media bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Fond Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli fərmanı əsasında yaradılıb.

Əsas məqsəd şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO