UEFA Avropa Liqası: qrup mərhələsinin V turuna yekun vuruldu - NƏTİCƏLƏR

UEFA Avropa Liqası: qrup mərhələsinin V turuna yekun vuruldu - NƏTİCƏLƏR

Hazırda oxunan: UEFA Avropa Liqası: qrup mərhələsinin V turuna yekun vuruldu - NƏTİCƏLƏR

47733

UEFA Avropa Liqasının qrup mərhələsinin V turuna yekun vurulub.

Bizim.Media xəbər verir ki, Türkiyə təmsilçilərindən "Qalatasaray" Fransanın "Marsel" klubunu qəbul edib. Görüş meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb - 4:2.

Hesabı 12-ci dəqiqədə "sarı-qırmızılar"ın rumıniyalı legioneri Aleksandru Çikıldeu açıb. Qarşılaşmanın 30-cu dəqiqəsində Due Çaleta-Tsar topu öz qapısına vurub. Oyunun 64-cü dəqiqəsində Sofyan Fequli fərqi 3 topa çatdırıb.

Görüşün 68-ci dəqiqəsində "Marsel" penalti vurmaq hüququ qazanıb. Arkadiuş Milikin 11 metrlik cərimə zərbəsini qapıçı Fernando Muslera qaytarsa da, polşalı hücumçu təkrar zərbə ilə fərqi azaldıb. Lakin 83-cü dəqiqədə Rayan Babel "Qalatasaray"ın aktivinə 4-cü qolu yazdırıb. Oyunda son nöqtəni isə 85-ci dəqiqədə yenidən Milik qoyub.

E qrupunun digər matçında İtaliyanın "Latsio" klubu səfərdə Rusiyanın "Lokomotiv" komandasından üstün olub - 3:0.

C qrupunda Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın “Legiya” klubu İngiltərədə “Lester Siti”nin qonağı olub. Görüş meydan sahiblərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın 26-cı dəqiqəsində Mahir Əmrəli penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.

Bu qrupun ötən gün baş tutmuş digər matçında İtaliyanın “Napoli” komandası Rusiyada “Spartak” klubuna uduzub - 2:1.

“Fənərbağça” Yunanıstanda “Olimpiakos” ilə üz-üzə gəlib. Həmin görüş yunanların minimal hesabla qələbəsi ilə yekunlaşıb - 1:0. Görüşün başa çatmasına bir dəqiqə qalmış “Olimpiakos”un futbolçusu Tikinio Soares komandasının qələbə topun vurub.

Beləliklə, İstanbul təmsilçisi növbəti mərhələyə çıxmaq şansını itirib.

D qrupun digər görüşündə Almaniyanın “Ayntraxt” klubu Belçikanın “Antverpen” komandasını sınağa çəkib. Növbəti mərhələyə vəsiqəni vaxtından əvvəl rəsmiləşdirən Frankfurt təmsilçisi bu oyunda heç-heçə edib - 2:2.

Günün bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

A qrupu

“Bröndbü” (Danimarka) – “Lion” (Fransa) - 1:3;

“Qlazqo Reyncers” (Şotlandiya) – “Sparta Praqa (Çexiya) - 2:0.

Qrupdakı vəziyyət: “Lion” - 15, Qlazqo Reyncers” - 7, “Sparta Praqa”- 4, “Bröndbü” – 2.

B qrupu

PSV (Eyndhoven, Niderland) – “Şturm” (Qrats, Avstriya) - 2:0;

“Monako” (Fransa) – “Real Sosyedad” (İspaniya) - 2:1.

Qrupdakı vəziyyət: “Monako” - 11, PSV - 8,

“Real Sosyedad” - 6, “Şturm” - 1.

C qrupu

“Lester Siti” (İngiltərə) – “Legiya” (Polşa) - 3:1

Qrupdakı vəziyyət: “Lester Siti” - 8, “Spartak” - 7, “Napoli” - 7, “Legiya” - 6.

D qrupu

“Olimpiakos” (Yunanıstan) – “Fənərbağça” (Türkiyə) - 1:0;

“Ayntraxt Frankfurt (Almaniya) – “Antverpen” (Belçika) - 1:2.

Qrupdakı vəziyyət: “Ayntraxt Frankfurt” - 10, “Olimpiakos” - 9, “Fənərbağça” - 5, “Antverpen” – 4.

E qrupu

"Lokomotiv" (Moskva, Rusiya) - "Latsio" (İtaliya) - 0:3;

"Qalatasaray" (Türkiyə) - "Marsel" (Fransa) - 4:2.

Qrupdakı vəziyyət: "Qalatasaray" - 11, "Latsio" - 8, "Marsel" - 4, "Lokomotiv" - 2.

F qrupu

"Srvena Zvezda" (Belqrad, Serbiya) - "Lüdoqorets" (Razqrad, Bolqarıstan) - 1:0;

"Midtüllan" (Danimarka) - "Braqa" (Portuqaliya) - 3:2.

Qrupdakı vəziyyət: "Srvena Zvezda" - 10, "Braqa" - 9, "Midtüllan" - 8, "Lüdoqorets" - 1.

G qrupu

"Betis" (İspaniya) - "Ferentsvaroş" (Macarıstan) - 2:0

"Bayer" (Leverkuzen, Almaniya) - "Seltik" (Şotlandiya) - 3:2

Qrupdakı vəziyyət: "Bayer" - 13, "Betis" - 10, "Seltik" - 6, "Ferentsvaroş" - 0

H qrupu

"Rapid" (Vyana, Avstriya - "Vest Hem" (İngiltərə) - 0:2

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Genk" (Belçika) - 1:1

Qrupdakı vəziyyət: "Vest Hem" - 13, "Dinamo" - 7, "Genk" - 5, "Rapid" - 3.

Qeyd edək ki, ötən tur Fransanın “Lion” və İngiltərənin “Vest Hem Yunayted” klubları vaxtından əvvəl növbəti mərhələyə yüksəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO