Cəlilabadın sabiq icra başçısının həbsi üçün təqdimat verildi

Cəlilabadın sabiq icra başçısının həbsi üçün təqdimat verildi

Hazırda oxunan: Cəlilabadın sabiq icra başçısının həbsi üçün təqdimat verildi

4763

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun həbs edilməsi üçün istintaq tərəfindən məhkəməyə təqdimat verilib.

Bizim.Media-nın məlumatına görə, N.Zeynalov Cinayət Məcəlləsinin 179.2.2, (mənimsəmə və ya israf etmə təkrar törədildikdə), 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir.

Onun barəsində həbs qətimkan tədbiri seçilməsi haqda təqdimata Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə Namiq Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO