Bakıda Batut Gimnastikası üzrə yarış başladı – 15 gimnastımız iştirak edir

Bakıda Batut Gimnastikası üzrə yarış başladı – 15 gimnastımız iştirak edir

Hazırda oxunan: Bakıda Batut Gimnastikası üzrə yarış başladı – 15 gimnastımız iştirak edir

0:00
0:00
47616

Noyabrın 25-də Bakı Milli Gimnastika Arenasında Batut Gimnastikası üzrə 28-ci Dünya Yaş Qrupları Yarışları start götürüb.

Bizim.Media-nın məlumatına görə, yarışların ilk günündə 15-16 yaş qrupunda tamblinq, 17-21 yaş qrupunda ikili mini-batut, 13-14 yaş qrupunda batut üzərində fərdi hərəkətlərdə, 11-12 yaş qrupunda sinxron hərəkətlərdə təsnifat mərhələsi keçiriləcək.

Günün ikinci yarısında isə həmin növlərdə final mərhələsi baş tutacaq.

Qeyd edək ki, 25-28 noyabr tarixlərində keçiriləcək 28-ci Dünya Yaş Qrupları Yarışları 32 ölkədən 650 idmançı iştirak edəcək.
 

Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyasında yarışacaqlar. Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər.


Yarışlarda Azərbaycanı 15 gimnast təmsil edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO