Mahir meydan oxudu:

Mahir meydan oxudu: "Ətrafımda divar hörsəniz də…” - FOTO

Hazırda oxunan: Mahir meydan oxudu: "Ətrafımda divar hörsəniz də…” - FOTO

47595

Polşanın "Legiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli İngiltərədə "Lester"lə UEFA Avropa Liqasının qrup mərhələsinin V tur matçından əvvəl paylaşım edib.

Bizim.Media-nın məlumatına görə, hücumçu görüşün keçiriləcəyi "Kinq Pauer" stadionundan paylaşdığı məşq fotolarını "If you plan to build walls around me, know this: I will walk through them" ("Ətrafımda divarlar hörməyi planlaşdırırsınızsa, bilin ki, mən bunların arasından keçib gedəcəyəm") başlığı ilə paylaşıb.

Xatırladaq ki, Mahir Polşa çempionatıdakı son oyunlarda tənqid hədəfinə çevrilib. 

Qeyd edək ki, bu gün keçiriləcək "Lester" - "Legiya" matçı saat 00:00-da start götürəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO