"Qarabağ" qrupda son ev matçına çıxır – Liderlik şansı

Hazırda oxunan: "Qarabağ" qrupda son ev matçına çıxır – Liderlik şansı

47575

Bu gün "Qarabağ" UEFA Konfrans Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

Bizim.Media-nın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda H qrupundakı 5-ci sınağında Kipr "Omoniya"sını qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Görüşün baş hakimi danimarkalı FIFA referisi Morten Krox olacaq.

Bu görüş pley-offa vəsiqəni təmin etmiş Ağdam klubu üçün qrup liderliyi baxımından önəmlidir.
 


Qurbanovun yetirmələri Nikosiya təmsilçisinə qalib gələcəyi halda, Qazaxıstanda "Kayrat" və İsveçrənin "Bazel" komandaları arasındakı matçın nəticəsindən asılı olaraq, qrupda birinci yeri rəsmiləşdirə bilər. Bunun üçün Almatı təmsilçisi evdə qonaqlara uduzmamalıdır.


Hazırda, qrupda vəziyyət belədir: "Qarabağ" - 10, "Bazel" - 8, "Omoniya" - 2, "Kayrat" - 1.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO