Rusiyadan Azərbaycanın bəzi kənd təsərrüfatı məhsullarının idxalına qoyulan qadağada heç bir siyasi motivin olacağına inanmıram, bu cür addımlar iki ölkə arasında olan əlaqələrə xələl gətirməməlidir.
Bu fikri, Rusiyanın bəzi məhsullarımızın idxalına qoyduğu qadağaları Bizim.Media-ya şərh edərkən, millət vəkili Razi Nurullayev bildirib.
Millət vəkilinin sözlərinə görə, burada siyasi motiv axtarmaq düzgün deyil.
“Rusiya ilə Azərbaycan arasında bundan əvvəl də bir neçə dəfə gərgin münasibətlər olub. Lakin Rusiya heç vaxt Azərbaycana qarşı kəskin hərəkətləri ilə yadda qalmayıb. İndiki vəziyyətdə isə bu addıma bu cür yanaşmaq yanlış bir fikirdir. Çünki hazırda bizim Rusiya ilə münasibətlərimiz, əməkdaşlığımız yüksək səviyyədədir. Belə bir halda bu cür embarqoların siyasi motiv üzərində qoyulması inandırıcı deyil. Çox güman ki, bu həqiqətən də hansısa bir xəstəliyin qarşısını almaq üçündür”- deyə o, bildirib.
MÖVZU İLƏ BAĞLI:
Rusiya Azərbaycan məhsullarına embarqo qoydu
Rusiyadan Azərbaycan məhsullarına embarqo qoyması ilə bağlı AÇIQLAMA
Deputat bu işdə erməni propaqandasının rolunun olduğu haqqında yayılan fikirlərə də münasibət bildirib.
“Son hadisələrin gedişatından da başa düşmək olar ki, məsələyə bu aspektdən yanaşmaq həqiqətə uyğun deyil. Çünki hazırda ermənilər Rusiyaya hər hansı bir təsir göstərmək gücündə deyillər. Düzdür, təzyiqlər ola bilər, ancaq inanmıram ki, Rusiya ermənilərn bu fikrinə önəm versinlər”.
Qeyd edək ki, Rusiya Azərbaycandan pomidor və alma kimi kənd təsərrüfatı malları idxalına 10 dekabr 2020-ci il tarixindən müvəqqəti qadağa qoyur.
Səbəb olaraq, Azərbaycan məhsullarında şərq güvəsinin (Grapholita molesta (Busck) aşakarlandığı göstərilib.
Vüsalə Balayeva, Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:25 / 09.12.2020
Razi Nurullayev: “Rusiyanın qadağasında siyasi motiv axtarmaq düzgün deyil”
Hazırda oxunan: Razi Nurullayev: “Rusiyanın qadağasında siyasi motiv axtarmaq düzgün deyil”
Hazırda oxunan: Razi Nurullayev: “Rusiyanın qadağasında siyasi motiv axtarmaq düzgün deyil”
4756
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.