Rusiya baş nazirinin müavini Soçi görüşündən əvvəl niyə Bakı və İrəvana gəlib? - DETALLAR

Rusiya baş nazirinin müavini Soçi görüşündən əvvəl niyə Bakı və İrəvana gəlib? - DETALLAR

Hazırda oxunan: Rusiya baş nazirinin müavini Soçi görüşündən əvvəl niyə Bakı və İrəvana gəlib? - DETALLAR

47528

Xəbər verdiyimiz kimi, Rusiya baş nazirinin müavini Aleksey Overçuk Bakıda keçirdiyi rəsmi görüşlərdən sonra İrəvana gedib və baş nazir Nikol Paşinyanla görüşüb. Onun  bu gecə Ermənistan paytaxtını tərk edəcəyi gözlənilir.

Bizim.Media xatırladır ki, Overçuk Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə də danışıqlar aparıb.

Overçukun səfəri İlham Əliyev, Paşinyan və Putinin noyabrın 26-da Soçidə keçiriləcək görüşü ərəfəsində baş tutub.

Paşinyanın İrəvandakı əleyhdarları hesab edirlər ki, məhz bu görüşdə sənəd imzalanacaq və rəsmi Bakı həyati əhəmiyyət kəsb edən əraziləri və yüksəklikləri alacaq, Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyacaq.

Paşinyan isə əksinə ötən gün bildirib ki, sənəddə yalnız Ermənistan və Azərbaycan arasında demarkasiya və delimitasiya komissiyasının yaradılacağı ilə bağlı maddə olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO