Bələdiyyə sədrinə qarşı cinayət işi başlandı – GÜNAHI NƏDİR?

Bələdiyyə sədrinə qarşı cinayət işi başlandı – GÜNAHI NƏDİR?

Hazırda oxunan: Bələdiyyə sədrinə qarşı cinayət işi başlandı – GÜNAHI NƏDİR?

47473

Zaqatala rayon Bəhmətli kənd bələdiyyəsinin sədrinin qanunsuz hərəkətləri barədə rayon prokurorluğuna müraciət daxil olub.

Zaqatala rayon prokurorluğundan Bizim.Media-ya verilən xəbərə görə, aparılmış araşdırmalarla bələdiyyənin sədri Həsrət Musayevin öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2018-2021-ci illər ərzində ümumilikdə 13 min 856 manat məbləğində bələdiyyə vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
 

MÖVZU İLƏ BAĞLI:

"Bələdiyyə üzərindən “torpaq satan” damğasını götürməliyik" - Razi Nurullayevdən TƏKLİF


Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı), 179.2.4-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə cinayət işi başlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO