“Bir çox deputatlar öz çıxışlarında təmsil etdikləri rayonlarda seçicilərin maraqlarını müdafiə etmək məqsədilə bir çox məsələlər qaldırıblar”.
Bizim.Media xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov Milli Məclisin plenar iclasında büdcə müzakirəsi zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda sosialyönümlü xərclər artdı – ƏN YÜKSƏK HƏDD
Onun sözlərinə görə, deputatların qaldırdığı problemlər qeydə alınır və təhlil edilir:
“Hansı məsələlər daha prioritet olursa, onların həlli təmin edilir. Qaz təchizatı ilə bağlı məsələlərə aidiyyəti dövlət qurumları münasibət bildirəcəklər. Dünya bazarlarında hazırda təbii qazın qiyməti çox yüksəkdir. Bu proseslər ölkə daxilində də öz təsirini göstərir”.
Bizim.Media