“Biz uşaqlara necə başa salaq ki, bir əminizin kontorunun o biri əminizin kontoruna borcu var, siz ona görə üşüyürsünüz”.
Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında büdcə müzakirəsi zamanı deputat Etibar Əliyev deyib.
MÖVZU İLƏ BAĞLI:
Milli Məclisin növbəti iclası keçirilir - 24 məsələ müzakirə olunacaq
O bildirib ki, Təhsil nazirliyinin "AzərİstilikTəchizat"a borcuna görə məktəblərə istilik verilmir.
Bundan başqa o, çıxışı zamanı qeyd edib ki, bu gün ölkəyə iki sistem zərər vurur.
“Bir təhsil, bir də səhiyyə sistemi. Bu gün məktəblərdə verilən bilik yetərli olmadığı üçün uşaqlar repetitorlara üz tuturlar. Hesablamalara görə, hər il repetitorlara 200 milyon manat vəsait xərclənir. Bunu aradan qaldırmaq üçün mütləq şəkildə təhsil sistemi gücləndirilməlidir”,- deyə o qeyd edib.
Vüsalə Balayeva, Bizim.Media