“Azərbaycan azad olunmuş ərazilərinin yenidən inteqrasiyası istiqamətində sürətlə irəliləyir".
Bizim.Media xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramovun Antalya Diplomatik Forumunun “Twitter” səhifəsində paylaşılan videomüraciətində bildirib.
“Noyabrın 8-də Azərbaycanda Qələbə Gününü qeyd etmişik. 44 günlük Vətən müharibəsindəki qələbə ölkəmin tarixində yeni dövr açdı, beynəlxalq haqq-ədaləti, ev-eşiklərini tərk etmək məcburiyyətində qalmış 1 milyon insanın hüquqlarını bərpa etdi. İndi qarşımızda azad edilmiş əraziləri minalardan təmizləmək və bərpa etməklə bağlı yeni mühüm vəzifələr durur. Azad edilmiş ərazilərin yenidən inteqrasiyası istiqamətində böyük işlər görmüşük. Yaxın gələcəkdə ilk məcburi köçkün ailələrinin öz evlərinə qayıtmasının şahidi olacağıq. Cənubi Qafqazda uzun müddətdir həsrətində olduğumuz sülhün və əmin-amanlığın bərqərar olacağına inanırıq. Azərbaycan regionda sülhü, sabitliyi, rifahı gücləndirmək istiqamətindəki səylərini davam etdirəcək”, - deyə bazir müraciətində bildirib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:07 / 23.11.2021
Ceyhun Bayramov qarşıda duran mühüm vəzifələrdən danışdı - VİDEO
Hazırda oxunan: Ceyhun Bayramov qarşıda duran mühüm vəzifələrdən danışdı - VİDEO
Hazırda oxunan: Ceyhun Bayramov qarşıda duran mühüm vəzifələrdən danışdı - VİDEO
47288
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.