Büdcədə sosialyönümlü xərclər artırıldı

Büdcədə sosialyönümlü xərclər artırıldı

Hazırda oxunan: Büdcədə sosialyönümlü xərclər artırıldı

47265

“2022-ci ilin dövlət büdcəsi zərfinə daxil olan məsələlər sırasında 2022-ci il üçün dövlət büdcəsi layihəsində büdcə gəlirləri 1 milyard 389 milyon manat artırılaraq 26 milyard 816 milyon manata, xərcləri isə 1 milyard 336 milyon manat artırılaraq 29 milyard 879 milyon manata çatdırılıb”.

Bizim.Media xəbər verir ki, bu fikirləri deputat Tahir Kərimli bu gün keçirilən plenar iclas zamanı büdcə müzakirəsi zamanı deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Milli Məclisin növbəti iclası keçirilir - 24 məsələ müzakirə olunacaq


O, çıxışı zamanı sosialyönümlü xərclərdən də danışıb.

“Dövlət büdcəsinin vergi və gömrük rüsumlarından formalaşan gəlirləri 1 milyard 930 milyon manat artırılıb. Büdcə layihəsində sosialyönümlü xərclər ümumilikdə 1 milyard 649 milyon manat artılaraq 13 milyard 850 milyon manata və ya dövlət büdcə xərclərinin 46,4%-nə çatdırılıb”, - deyə Tahir Kərimli fikrini tamamlayıb.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO