Gələn il ərzaq qiymətləri daha da bahalaşacaq - Hesablama Palatasından PROQNOZ

Gələn il ərzaq qiymətləri daha da bahalaşacaq - Hesablama Palatasından PROQNOZ

Hazırda oxunan: Gələn il ərzaq qiymətləri daha da bahalaşacaq - Hesablama Palatasından PROQNOZ

47264

Hesablama Palatası növbəti ildə Azərbaycanda inflyasiyanın yüksək olacağını açıqlayıb.

Bizim.Media xəbər verir ki, Dövlət Statistika Komitəsinin 2021-ci ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-oktyabrına nisbətən 5.7 faiz yüksək olub. 
 

MÖVZU İLƏ BAĞLI:

Milli Məclisin növbəti iclası keçirilir - 24 məsələ müzakirə olunacaq


Ötən ilin 1 noyabrı ilə müqayisədə bu il noyabrın 1-də inflyasiyanın səviyyəsi 10 faizdir.

Qeyd olunub ki, ayrı-ayrı istiqamətlərdə qiymət artımlarının səviyyəsi fərqlənir. Azərbaycanda xərclərin yarıya yaxını olan qida xərclərində inflyasiya artıq ikirəqəmli həddi ötüb. DSK-yə görə, son ildə Azərbaycanda qida məhsulları 13.4 faiz bahalaşıb.
 

Qida məhsulları arasında ayrı-ayrı məhsul qrupları üzrə inflyasiya da fərqlənir. Ölkədə ən çox bahalaşan qida məhsulları tərəvəzdir. Təkcə son bir ayda bu məhsullar 14.3 faiz bahalaşıb. 


Ay ərzində ən çox bahalaşan məhsullardan biri əhalinin isthlek səbətinə aid edilən yumurtadır. Bu məhsul 8 faiz bahalaşıb. Nəzərə almaq lazımdır ki, pomidor, ağ kələm, göy lobya, xiyar, badımcan kimi məhsullar son bir ildə iki dəfəyə yaxın bahalaşıb. Qeyri-ərzaq məhsulları və əhaliyə göstərilmiş ödənişli xidmətlərin qiymətlərindəki artımsa 5 faiz civarındadır.

Hesablama Palatasının gələn ilin dövlət büdcəsi ilə bağlı rəyində qiymət artımlarını daha çox xarici amillərə bağlayır.

Rəydə qeyd edilir ki, idxal olunmuş məhsulların yanvar-avqust ayları ərzində 21.7 faiz bahalaşması, o cümlədən dünya bazarlarında ərzaq məhsullarının il ərzində 32.8 faiz bahalaşması istehlak bazarında qiymət artımına təkan verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO