\

\"OPEC+\" hasilat planlarını dəyişə bilər – ÖLKƏLƏR NƏDƏN NARAZIDIRLAR?

Hazırda oxunan: \"OPEC+\" hasilat planlarını dəyişə bilər – ÖLKƏLƏR NƏDƏN NARAZIDIRLAR?

47234

İstehlakçılar strateji ehtiyatlarından istifadə etməyə başlayarsa, "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması iştirakçıları neft hasilatını azaltmaq üçün razılaşma planlarını dəyişə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi "OPEC+" nümayəndəliklərinin təmsilçilərinə istinadən yazır.

"İstehlakçılar strateji ehtiyatlarını koordinasiyalı şəkildə açsa, "OPEC+" gələn ay hasilatı artırmaq planlarını korrektə edə bilər", - agentlik xəbər verir.

Qeyd olunur ki, bəzi "OPEC+" ölkələri qiymət artımlarını yavaşlatmaq üçün fövqəladə ehtiyatların istifadə oluna biləcəyindən narazıdır.

Qeyd edək ki, "OPEC+" ölkələri nazirlərinin iyul ayında keçirilmiş 19-cu iclasında qəbul edilən razılaşmaya görə, avqustdan başlayaraq "OPEC+" ölkələrinin gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılması, 5,8 mln. barel həcmində ixtisarların 2022-ci ilin sentyabrında başa çatdırılması və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin 2022-ci ilin sonunadək uzadılması nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO