"Qarabağ" - "Omoniya" matçı danimarkalı hakimə tapşırıldı

Hazırda oxunan: "Qarabağ" - "Omoniya" matçı danimarkalı hakimə tapşırıldı

47138

UEFA Avropa Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"ın Kipr "Omoniya"sı ilə keçirəcəyi V tur matçı üçün hakim təyinatları açıqlanıb.

Bizim.Media-nın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, qarşılaşmanı Danimarkadan olan ədalət təmsilçiləri idarə edəcək.

Baş hakim Morten Kroxa həmyerliləri Nils Höq, Şteffen Bek Bramsen kömək edəcəklər. Dördüncü hakim funksiyasını Yorgen Dauqberq Burxardt yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO