"Şahdəniz 2"də daha bir quyudan hasilata başlanıldı

Hazırda oxunan: "Şahdəniz 2"də daha bir quyudan hasilata başlanıldı

47115

“Şahdəniz 2” yatağının şimal cinahında beşinci quyudan hasilata başlanılıb.

Bu barədə Bizim.Media-ya “BP-Azerbaijan” şirkətindən məlumat verilib.

Bildirilir ki, bu, 2021-ci ilin 4-cü rübünə planlaşdırılmış mühüm bir əməliyyatdır və layihə çərçivəsində təhlükəsiz və qrafikə uyğun şəkildə əldə edilmiş daha bir uğurdur.

Mövcud “Şahdəniz 1” və “Şahdəniz-2” qurğularının hasilat gücü hazırda gündə təxminən 70 milyon (ildə 25 milyarddan artıq) standart kubmetrdir.

2021-ci ilin iyul ayında ilk dəfə olaraq “Şahdəniz Bravo” platformasından gündəlik hasilat “Şahdəniz Alfa” ilə eyni səviyyəyə çatıb. İlin ilk üç rübündə yataqdan ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 16 milyard standart kubmetr qaz və 3 milyon ton (təqribən 24 milyon barel) kondensat hasil edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO