Rusiya Ukraynaya hücum edəcəkmi? – KREMLDƏN RƏSMİ CAVAB

Rusiya Ukraynaya hücum edəcəkmi? – KREMLDƏN RƏSMİ CAVAB

Hazırda oxunan: Rusiya Ukraynaya hücum edəcəkmi? – KREMLDƏN RƏSMİ CAVAB

47002

Qərb ölkələrinin iddiasına görə, Rusiya Ukraynaya hücum etməyi planlaşdırır. Rəsmi Moskvanın mövzuya reaksiyası özünü çox gözlətməyib.

Putinin sözçüsü Dmitri Peskov isterikanın süni şəkildə şişirdildiyini deyib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Kremlin nümayəndəsi "Rossiya 1" telekanalının efirində yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

NATO Rusiyaya çağırış etdi - “Vəziyyəti mürəkkəbləşdirməsin”


Peskov bununla bağlı təxribatları da istisna etməyib.

"Amerika Birləşmiş Ştatları ittiham edir ki, guya biz silahlı qüvvələrimizi ərazimizdə aktivləşdiririk. Özləri isə ordusunu okeanın o tayından bura gətirib”, - deyə o vurğulayıb.

Peskov əlavə edib ki, NATO-nun Qara dənizdə, daha çox Amerika və Britaniya əsgərlərinin iştirakı ilə həyata keçirdiyi təlimlər ən ciddi nəticələrə səbəb ola bilər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO