Bir neçə həftə fərqlə iki dəfə ana oldu

Bir neçə həftə fərqlə iki dəfə ana oldu

Hazırda oxunan: Bir neçə həftə fərqlə iki dəfə ana oldu

4698

Amerika Birləşmiş Ştatalarının sakini bir neçə həftə fərqlə iki dəfə ana olub.

Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, Minnesota ştatından olan 31 yaşlı Kelsi Pirs sonsuzluqdan əziyyət çəkib.

Son üç ildə valideyn olmaq üçün əri ilə büdcələrinin demək olar ki, hamısını tibbi xidmətə xərcləyib.

Sonda həkimlər onlara yeganə çıxış yolunun surroqat ananın xidmətindən yaralanmaqda görüblər. Bunun üçün isə 100 min ABŞ dolları lazım gəlib. Lakin Pirs ailəsində belə bir məbləğ olmayıb.

Qızının problemini öyrəndikdə, Kelsinin anası 53 yaşlı Liza Razerford nəvəsini özü daşımaq- surroqat ana olmaq təklifini edib. Qadın bir çox tibbi müayinədən keçərək həkimlərin icazəsini ala bilib.

Razerforda embrion köçürülməsindən qısa müddət sonra qızı özü də hamilə qalıb. Ana və qızı hamiləlik dövründə daim əlaqə saxlayır və bir-birlərinə dəstək olublar.

Razerford 1 oktyabrda nəvə dünyaya gətirib. Ona Everli adını veriblər. Bir neçə həftə sonra, 23 noyabrda bacısı Ava Pirs anadan olub. İndi hər iki qız sağlamdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO