Sloveniyada komandalar arasında şahmat üzrə Avropa çempionatında Azərbaycanın qadınlardan ibarət komandasının da səkkizinci turda qarşılaşması heç-heçə ilə başa çatıb.
Bizim.Media xəbər verir ki, qadın şahmatçılarımız səkkizinci turda Macarıstan yığması ilə üz-üzə gəliblər.
Qarşılaşma 2:2 hesabla başa çatıb. Belə ki, şahmatçılarımızdan Gövhər Beydullayeva rəqibi üzərində qələbə qazanıb, Günay Məmmədzadə, Gülnar Məmmədova heç-heçə ediblər, Xanım Balacayeva isə məğlub olub.
Qeyd edək ki, kişi şahmatçılarımızın səkkizinci turda Ukrayna yığması ilə qarşılaşması da heç-heçə ilə nəticələnib.
Avropa çempionatında kişilərin yarışında 39, qadınların mübarizəsində isə 29 komanda çıxış edir. Doqquz turdan ibarət çempionata noyabrın 21-də yekun vurulacaq.
Azərbaycanın kişilərdən ibarət yığması Fransa ilə görüşəcək. Hazırda hər iki komanda 12 xala malik olsa da, əmsallar cədvəlinə əsasən, Fransa 2-ci, Azərbaycan 3-cüdür.
Azərbaycan komandası 4 qat Avropa çempionluğunu əldə etmək üçün mütləq qələbə qazanmalı və paralel təşkil olunacaq Ermənistan - Ukrayna görüşündə birincilərin xal itirməsini gözləməlidir.
Qadın millisi isə Niderlandla üz-üzə gələcək. 10 xala malik hər iki komanda qızıl və gümüş medal şanslarını itirib. Bürünc medal əldə etmək üçün Azərbaycan komandası qələbə qazanmalı və Polşanın Rusiya ilə görüşdə xal itirməsini gözləməlidir.
Bizim.Media
- A-
- A
- A+
İdman
08:57 / 21.11.2021
Azərbaycan şahmatçıları heç-heçə edib - Ümid son tura qalıb
Hazırda oxunan: Azərbaycan şahmatçıları heç-heçə edib - Ümid son tura qalıb
Hazırda oxunan: Azərbaycan şahmatçıları heç-heçə edib - Ümid son tura qalıb
0:00
0:00
46955
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.