“Nizami” baleti yenidən böyük səhnəyə qayıtdı

“Nizami” baleti yenidən böyük səhnəyə qayıtdı

Hazırda oxunan: “Nizami” baleti yenidən böyük səhnəyə qayıtdı

46942

Noyabrın 20-də “Nizami Gəncəvi İli” çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli bəstəkar Fikrət Əmirovun “Nizami” baleti yenidən səhnəyə qoyulub.

Bizim.Media xəbər verir ki, görkəmli bəstəkar Fikrət Əmirovun musiqisi əsasında səhnəyə qoyulmuş tamaşanın musiqi rəhbəri və dirijoru Əməkdar artist Əyyub Quliyev, libretto müəllifi Əjdər Ulduz, balet truppasının bədii rəhbəri, Xalq artisti Kamilla Hüseynova, quruluşçu rəssamı, Əməkdar mədəniyyət işçisi Tehran Babayevdir.

Xoreoqrafik triptix kimi düşünülmüş və həyata keçirilmiş baletdə böyük şairin həyatının üç məqamı - şair və hakimiyyət, şair və məhəbbət, şair və ilham pərisi təsvir olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO