Tahir Kərimli Pənah Hüseynin CAVABINI VERDİ 

Tahir Kərimli Pənah Hüseynin CAVABINI VERDİ 

Hazırda oxunan: Tahir Kərimli Pənah Hüseynin CAVABINI VERDİ 

46783

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn, Vəhdət Pariyasının (VP) lideri, deputat Tahir Kərimli haqqında öz sosial şəbəkə hesabında birmənalı qarşılanmayan fikirlərə çıxış edib. 

Belə ki, AXP sədri “Facebook” hesabından yazıb ki, Tahir Kərimli zaman-zaman, pis və ya yaxşı, müxtəlif fikirlər səsləndirir. Bu onun hüququdur:

“Lakin bəzi KİV-lər son günlərdə bunu inadla "müxalifətdən təkliflər" kimi qələmə verirlər. Tahir Kərimli özü müvafiq suala cavab olaraq dəfələrlə bəyan edib ki, o müxalifətdə olduğunu heç özü bilmir. İndi KİV-lərin bu çoxbilmişlikləri nəyə və kimə lazım?"
 

MÖVZU İLƏ BAĞLI:

“Hiss edirəm ki, xalqımızın gözündə kiçildik” – Deputat Tahir Kərimlinin ETİRAFI


Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Tahir Kərimli özünün mərkəzçi olduğunu qeyd edib:

“Bildirmək istəyirəm ki, Vəhdət Pariyasının baş məclisində qəbul olunmuş özünəməxsus siyasi kursu var. Bu kursa əsasən VP mərkəzçi mövqedədir. Biz iqtidara və müxalifətə qarşı, demək olar ki, eyni məsafə saxlayırıq. İqtidar və müxalifətin mənfilərini tənqid edir, müsbətlərinə isə yaxşı deyirik. İkincisi, biz istəyirik ki, iqtidar və müxalifət arasında kontaktlar və dialoq olsun, onlar bir-birilərinə barış əlini uzatsınlar. Müxalifətdə olan müsbət keyfiyyətlərə malik insanların da iqtidarda təmsil olunmalarını istəyirik. Çünki müxalifət düşərgəsində, çox yaxşı iqtisadçılar və digər sahələrin mütəxəssisləri var”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO