"Facebook" erməniləri ifşa edən rus ekspertin hesabını BLOKLADI

Hazırda oxunan: "Facebook" erməniləri ifşa edən rus ekspertin hesabını BLOKLADI

46708

“Facebook” sosial şəbəkəsinin administrasiyası ədalətli mövqeyini müdafiə edən, lakin erməni istifadəçilər üçün əlverişsiz suallar verən istifadəçilərə qarşı növbəti dəfə qərəzli münasibət nümayiş etdirib.

Belə ki, bu gün səhər saatlarında rusiyalı politoloq və hərbi ekspert İqor Korotçenkonun FB hesabının bloklandığı məlum olub.

Bizim.Media xəbər verir ki, bu barədə rusiyalı ekspert öz Telegram kanalında məlumat verib.

Mətndə qeyd olunub:

“Facebook mənə “Niyə təxminən 30 il ərzində ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində hər şeyi dağıdıb, heç nə tikməyiblər?” sualına görə üç günlük qadağa qoyub.

Güman olunur ki, hesabın müvəqqəti bağlanmasının səbəbi erməni Facebook istifadəçilərinin kütləvi şikayətləridir. Onlar sadə bir suala cavab vermək əvəzinə isteriyaya başlayıb İ.Korotçenkonun postu ilə bağlı şikayətlər yazırlar. Sistem çoxlu sayda eyni şikayətləri görür və avtomatik olaraq ya yazını silir, ya da müəllifi bloklayır.

Təəssüf ki, Facebook administrasiyası öz ədalətsiz qərarına göz yummağa üstünlük verdiyi üçün əksər hallarda hətta müraciətə belə baxılmır.

Qeyd edək ki, İqor Korotçenko istər 44 günlük müharibə dönəmində, istərsə də sonrakı dövrdə Azərbaycan-Ermənistan münasibətlərində tutduğu qərəzsiz mövqeyinə görə ermənilər tərəfindən dəfələrlə tənqidlərə və şikayətlərə məruz qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO