Azərbaycanda bəzi diaqnostika mərkəzləri rayon xəstəxanalarına birləşdirilir – SİYAHI

Azərbaycanda bəzi diaqnostika mərkəzləri rayon xəstəxanalarına birləşdirilir – SİYAHI

Hazırda oxunan: Azərbaycanda bəzi diaqnostika mərkəzləri rayon xəstəxanalarına birləşdirilir – SİYAHI

46700

Azərbaycanda bəzi müalicə diaqnostika mərkəzləri rayon/şəhər mərkəzi xəstəxanalarına birləşdiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd olunub ki, bu günə qədər 7 belə mərkəz xəstəxanalara birləşdirilib.

Bundan sonra isə 4 belə mərkəzin birləşdirilməsi nəzərdə tutulub. Həmin tibb müəssisələri aşağıdakılardır:

- Şirvan Müalicə Diaqnostika Mərkəzi Şirvan Şəhər Mərkəzi Xəstəxanasına

- Qazax Müalicə-Diaqnostika Mərkəzi Qazax Rayon Mərkəzi Xəstəxanasına

- Cəlilabad Müalicə-Diaqnostika Mərkəzi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına

- Tovuz Hemodializ və Diaqnostika Mərkəzi Tovuz Rayon Mərkəzi Xəstəxanasına

Bildirilib ki, agentlik bu il səhiyyə sistemində bir çox islahatlar həyata keçirib. Aparılan islahatların məqsədi xəstəxanaların kadr potensialı ilə maddi-texniki resurslarının birləşdirilməsi nəticəsində tibbi xidmətlərin keyfiyyətinin və onlara əlçatanlıq səviyyəsinin yüksəldilməsidir:

"Bir şəhər və ya rayonda vahid tibb müəssisəsinin yaradılması daha effektiv idarəetmə sisteminə təkan verəcək, həm həkim və qeyri-tibb heyətinin əməkhaqları artacaq, həm də maliyyə vəsaitlərindən daha səmərəli istifadə təmin olunacaq".

Qeyd edək ki, struktur dəyişiklikləri nəticəsində indiyədək aşağıdakı müalicə diaqnostika mərkəzləri rayon mərkəzi xəstəxanalarına birləşdirilib:

- Lənkəran Müalicə-Diaqnostika Mərkəzi Lənkəran Rayon Mərkəzi Xəstəxanasına

- Qəbələ Müalicə-Diaqnostika Mərkəzi Qəbələ Rayon Mərkəzi Xəstəxanasına

- Füzuli Müalicə-Diaqnostika Mərkəzi Füzuli Rayon Mərkəzi Xəstəxanasına

- Quba Müalicə-Diaqnostika Mərkəzi Quba Rayon Mərkəzi Xəstəxanasına

- Bərdə Müalicə-Diaqnostika Mərkəzi Bərdə Rayon Mərkəzi Xəstəxanasına

- Zaqatala Müalicə-Diaqnostika Mərkəzi Zaqatala Rayon Mərkəzi Xəstəxanasına

- Şamaxı Müalicə-Diaqnostika Mərkəzi Şamaxı Rayon Mərkəzi Xəstəxanasına

Gələcəkdə də tibbi xidmətlərin keyfiyyətinin artırılması məqsədilə tibb müəssisələrində struktur dəyişikliklərinin aparılması nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO