Bakıda keçirilən parad müharibənin yox, İnkişafın nümayişidir

Bakıda keçirilən parad müharibənin yox, İnkişafın nümayişidir

Hazırda oxunan: Bakıda keçirilən parad müharibənin yox, İnkişafın nümayişidir

4665

Müstəqil Azərbaycan XXI əsrin birinci 20-i ilini möhtəşəm Qələbə ilə başa vurur. İkinci Qarabağ Müharibəsində əldə edilən qələbə münasibəti ilə dekabrın 10-da təşkil edilən hərbi parad paytaxtı ayrı bir gülşənə çevirəcək.

Rusiyalı ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko bu hadisəni belə qiymətləndirir: “İrəvanda müxalifətlə Paşinyan arasında münasibətlər aydınlaşdırılır, Bakıda isə möhtəşəm Qələbə paradı hazırlayırlar...Bax, tarix belə yaradılır!”

Ermənistanın Azərbaycana təcavüzündən sonra məsələnin məhz bu cür bitəcəyinə qətiyyən şühbə etmədik. Niyə?

Azərbaycan dövlətçilik ənənəsində Ədalət, Sülh və Nizamlılıq əsas faktorlar kimi tarix boyu özünü göstərib. Bu üç şərti Azərbaycanın müdrik dövlət başçıları təmin ediblər. Böyük Nizaminin Nüşabə ilə Makedoniyalı İskəndəri qarşılaşdıran poetik səhnəsi buna misaldır.

Nüşabənin müdrikliyi, sülhpərvərliyi, ədalətliliyi qarşısında böyük sərkərdə çəkilir. A.Makedonski əsl sərkərdə kimi Bərdənin gözəlliyinə və ona  rəhbərlik edənin müdrikliyinə qiymət verərək oranı işğal etmir. Makedoniyalı İskəndr əsl general, hərbi başçı idi!

Bundan bir neçə əsr sonra erməni hərbi-siyasi rəhbərliyi Bərdəyə fosfor bombası atıb dinc insanları qətlə yetirdi. Ermənilər həqiqi hərbi sərkərdə deyillər. Onlar Ədalət və Sülhü anlaya bilmirlər. Fateh Makedoniyalı ilə quldur erməni generalları arasındakı fərq bundadır. Müdrik, ədalətli və sülhpərvər Azərbaycan dövlət başçıları ilə haqsızlığa, ədalətsizliyə, nifrətə əsir olan erməni rəhbərlər arasındakı fərq bundan ibarətdir.

Buna görə Prezident İlham Əliyev tam haqlıdır: “Qarabağda Xeyir Şərə qalib gəldi”! Bu, Azərbaycan dövlətçilik fəlsəfəsinin mərkəzi tezislərindəndir. Tarix boyu Xeyirin qələbəsi üçün savaşmışıq. Bakıdakı Parad Xeyirin təntənəsi, məcazi mənada Ədalət və Sülhün “paradıdır”! Və nə yaxşı ki, İqor Korotçenko demişkən, bu paradı dünyanın ilk 10 ən yaxşı siyasətçiləri sırasına daxil olan İlham Əliyev qəbul edir!   

Çünki savaş başlayandan Azərbaycan dövlət başçısı əsas məqsədin müharibə etmək deyil, ərazi btövlüyünü bərpa etmək, Ədaləti bərpa etmək və bu əsasda Sülhə nail olmaqla regionda Sabitliyi təmin edərək Əməkdaşlığı inkişaf etdirməkdən ibarət olduğunu dəfələrlə vurğulayırdı. 

Azərbaycan hətta ərazi bütövlüyünü təmin etmək üçün aparılan hərbi əməliyyatlar müddətində belə Müharibə Paradiqmasına uymadı. Savaş bitəndən sonra da orada “ilişib qalmadı”!

Baxın, rəsmi Bakının savaşdan sonra Qarabağla bağlı verdiyi fərmanlarda, imzaladığı sərəncamlarda ancaq quruculuqdan, sülhdən, yaradıcılıqdan, çiçəklənmədən, inkişafdan danışılır.

Ermənilərin Azərbaycan qanunlarını qəbul edərək yaşaya bilməsi imkanlarından bəhs edilir. Ermənistanın razılaşdırılmış şərtlər daxilində  fəaliyyət göstərdiyi təqdirdə onunla əməkdaşlığın mümkünlüyü vurğulanır. Yəni Azərbaycan sürətlə İnkişaf Paradiqmasının yeni mərhələsinə qədəm qoyur!

Ermənistandan hansı informasiyala yayılır? Qarşıdurmalar, üsyanlar, intriqalar, bir-birini ittiham etmək eybəcərliyi və...yenə də hərbi revanş haqqında sayıqlamalar. Ermənistan hələ də Müharibə Paradiqması içərisində çabalayır! Ona görə onlar hərbi parad keçirə bilmədilər. Öz tarixlərini belə “yaratdılar”! Tarix boyu elə bu cür “yaradıcı” olublar!

Bakıda keçirilən parad isə İnkişaf paradıdır! Ədalətin təntənəsi paradıdır! Azərbaycan dövlətçilik ənənəsinin paradıdır! Və, nəhayət, Azərbaycana ənənəyə uyğun olaraq Müdrik liderin rəhbərlik etdiyini təsbit edən paraddır!

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO