Sülhməramlılar Xankəndidə ermənilər üçün bunu da etdi  – FOTO-VİDEO

Sülhməramlılar Xankəndidə ermənilər üçün bunu da etdi  – FOTO-VİDEO

Hazırda oxunan: Sülhməramlılar Xankəndidə ermənilər üçün bunu da etdi  – FOTO-VİDEO

46557

Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingenti Xankəndi şəhərində ermənilər üçün ictimai qəbul təşkil edib.

Bizim.Media “yerevan.today” saytına istinadən xəbər verir ki, eyni zamanda əhali üçün qaynar xətt də fəaliyyət göstərir.  

Mənbə yazır ki, bu xətt vasitəsilə köməyə ehtiyacı olan hər kəs sülhməramlılarla əlaqə saxlayır. Qəbul fərdi şəkildə aparılır. 

Bu günə kimi ictimai qəbul şöbəsinə 6500-dən çox müraciət daxil olub. Bunun da 2000-dən çoxu qaynar xəttə zəng etməklə həyata keçirilib.

Xatırladaq ki, sülhməramlılar ermənilərin Qarabağda qalması üçün dəridən-qabıqdan çıxırlar. Ötən ilin noyabrından başlayaraq xüsusi avtobuslarla erməniləri yenidən Qarabağa gətiriblər, onları ərzaq, yaşayış üçün lazımı avadanlıqlarla təmin ediblər. 

Bizim.Media

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO