İspaniya baş nazirindən Türkiyəyə DƏSTƏK: “Avropa Birliyinə üzv olmasını istəyirik”

İspaniya baş nazirindən Türkiyəyə DƏSTƏK: “Avropa Birliyinə üzv olmasını istəyirik”

Hazırda oxunan: İspaniya baş nazirindən Türkiyəyə DƏSTƏK: “Avropa Birliyinə üzv olmasını istəyirik”

46547

Türkiyə-İspaniya hökumətlərarası sammitində iştirak etmək üçün Ankaraya gələn İspaniyanın baş naziri Pedro Sançes iki ölkə arasında münasibətlərin fövqəladə səviyyəyə çatdığını bildirib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “TRT Haber” telekanalı yayıb.

“Biz Türkiyənin Avropa Birliyinə üzv olmasını istəyirik. Türkiyə təkcə Aİ-nin qonşusu deyil, həm də müttəfiqidir”, - İspaniya hökumətinin başçısı deyib.

Sançes Türkiyə ilə İspaniya arasında ticarət həcminin son illərdə əhəmiyyətli dərəcədə artdığını da vurğulayıb.

“Biz investisiyaların həcmini artırmışıq. Hazırda Türkiyədə 600-dən çox ispan şirkəti fəaliyyət göstərir. Koronavirus epidemiyası hər iki ölkənin iqtisadiyyatına təsir etdi, lakin biz kommersiya əməkdaşlığının səviyyəsinin əvvəlki səviyyəyə qayıtmasını istəyirik”, - deyə baş nazir qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO