Dövlət Baxçelinin Türk Dünyası xəritəsi Rusiyada gündəm oldu - FOTO

Dövlət Baxçelinin Türk Dünyası xəritəsi Rusiyada gündəm oldu - FOTO

Hazırda oxunan: Dövlət Baxçelinin Türk Dünyası xəritəsi Rusiyada gündəm oldu - FOTO

46531

MHP lideri Dövlət Baxçelinin xüsusi olaraq tərtib etdiyi və cızdığı Türk Dünyası Xəritəsi Rusiyada gündəm olub. 

Bizim.Media “haberler.com” saytına istinadən xəbər verir ki, xəritənin Rusiyanın coğrafiyasını da əhatə etməsi xüsusi mesaj kimi qarşılanıb.

Xatırladaq ki, MHP sədri Dövlət Baxçeli Türkiyə Dövlətləri Təşkilatının 8-ci Zirvə Toplantısı münasibətilə prezident Rəcəb Tayyib Ərdoğanı təbrik edib. 

MHP-dən verilən açıqlamada bildirilir ki, Baxçeli Ərdoğana telefonla zəng edərək adını “Demokratiya və Azadlıq Adası” olaraq dəyişdirilən Yassıadada keçirilən “Türk Dövlətləri Təşkilatının 8-ci Zirvəsi” münasibətilə təbrik edib.
 

Açıqlamada Bahçelinin uzun müddət şəxsən üzərində işlədiyi, xüsusi dizaynla cızdığı Türk Dünyası Xəritəsini türklüyün vicdanına, türk millətinin yüksək müdrikliyinə bir bayraq kimi əmanət etdiyi bildirilib. 


Xəritədəki bir detal isə Rusiyada gündəm olub. Türk Dünyası Xəritəsində Rusiya coğrafiyasının da yer alması rəsmi Moskva üçün bir mesaj kimi qəbul edilib.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO