Naxçıvanda ordu bölməsi BİR NÖMRƏLİ HAZIRLIQ vəziyyətinə gətirildi - FOTO

Naxçıvanda ordu bölməsi BİR NÖMRƏLİ HAZIRLIQ vəziyyətinə gətirildi - FOTO

Hazırda oxunan: Naxçıvanda ordu bölməsi BİR NÖMRƏLİ HAZIRLIQ vəziyyətinə gətirildi - FOTO

46492

Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Ordunun hava hücumundan müdafiə bölmələrində kompleks məşq keçirilib.

Bizim.Media xəbər verir ki, kompleks məşqə hava hücumundan müdafiə bölmələrinin bir nömrəli hazırlığa gətirilərək atəş və start mövqelərini tutması ilə başlanılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Erməni əsgərlər Laçında belə mühasirəyə alındı - ANBAAN VİDEO


Şəxsi heyətin real döyüş şəraitində düşmənin hava hücum vasitələrinə qarşı peşəkarlıqla mübarizə aparmaq vərdişlərini təkmilləşdirmək üçün kompleks məşqə ordu aviasiyası da cəlb edilib.

Plana əsasən zenit-raket, radiotexniki və quru qoşunlarının hava hücumundan müdafiə bölmələri ilə qarşılıqlı əlaqədə hava düşməninin zərbələrinin dəf edilməsi məşq etdirilib.

Səyyar zenit-raket komplekslərinin və zenit-artilleriya bölmələrinin heyətləri çətin hava şəraitində müxtəlif hündürlük diapazonunda fəaliyyət göstərən şərti düşmənin hava hücumu vasitələrinin hücumunun qarşısının alınması və hava hücumundan müdafiə bölmələrinin mövqeyinə soxulmağa cəhd edən şərti düşmənin yerüstü hədəflərinin məhv edilməsi tapşırıqlarını yerinə yetiriblər.

Aviasiya vasitələrinə qarşı döyüş işi üzrə təlimatın və atəş qaydalarının tələblərinə uyğun fəaliyyətlərin icra olunduğu kompleks məşqin sonunda döyüş heyətlərinin iş keyfiyyəti, manevretmə qabiliyyəti və uzlaşma səviyyəsi təhlil olunaraq qiymətləndirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO