Vəzifəli şəxslərdən pul tələb edən reket jurnalistin MƏHKƏMƏSİ başlayır

Vəzifəli şəxslərdən pul tələb edən reket jurnalistin MƏHKƏMƏSİ başlayır

Hazırda oxunan: Vəzifəli şəxslərdən pul tələb edən reket jurnalistin MƏHKƏMƏSİ başlayır

46425

Vəzifəli şəxsdən hədə-qorxu ilə pul tələb edən reket jurnalist İlqar Atabəylinin sabah məhkəməsidir.

Bu barədə Bizim.Media-ya vəkili Mehman Muradlı məlumat verib. Vəkilin sözlərinə görə müdafiə etdiyi şəxslə bağlı ilk iclas Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçiriləcək. 
 

Xatırladaq ki, 10 avqust 2021-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə haqqında cinayət işi başladılan İlqar Atayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.


Barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ittihamı elan edilib.

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Qeyd edək ki, əlbir olduğu həmkarı Sənan Abdullayevlə 24 dekabr 2012-ci il tarixdə “Youtube” üzərindən video paylaşım platformasında yaratdığı “Xəbər kanalı” səhifəsində birgə çəkiliş aparan İlqar Atayev cinayət əlaqəsinə girib. 2021-ci ilin əvvəllərindən qeyd olunan səhifədə Goranboy Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin guya qanunsuz əməllərə yol vermələrinə dair məlumatları video çarxlar formasında yayıb.
 

Həmin video çarxların “Youtube”dan silinməsi məqsədilə sözügedən rayon icra hakimiyyətinin vəzifəli şəxsindən hədə-qorxu ilə 4 min manat məbləğində pul tələb ediblər.


Hər iki şəxs 10 avqust 2021-ci ildə saxlanılıb.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO