DTX-dan sərhəddəki vəziyyətlə bağlı XƏBƏRDARLIQ

DTX-dan sərhəddəki vəziyyətlə bağlı XƏBƏRDARLIQ

Hazırda oxunan: DTX-dan sərhəddəki vəziyyətlə bağlı XƏBƏRDARLIQ

46297

"Son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən dövlət sərhədində törədilən bəzi təxribatlarla bağlı bir sıra kütləvi informasiya vasitələri və sosial şəbəkə resurslarında həqiqəti əks etdirməyən, əhali arasında vahimə yaratmaq, ictimai rəyi çaşdırmaq məqsədi güdən məlumatlar yayımlanmaqdadır".

Bizim.Media xəbər verir ki, bu fikirlər DTX-nin sərhəddəki vəziyyətlə bağlı yalan məlumat yayanlara etdiyi xəbərdarlıq mətnində yer alıb.
 

"Diqqətə çatdırmaq istərdik ki, bu tip qərəzli, saxta və ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən xəbərlərin tirajlanması Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.


Vətəndaşlarımızı Azərbaycanın milli təhlükəsizliyinə və maraqlarına zərər vuran, əsassız, aidiyyəti dövlət orqanları ilə dəqiqləşdirilmədən, rəsmi mənbələrə istinad olunmadan yayımlanan belə məlumatlara inanmamağa çağırırıq", - deyə məlumatda qeyd olunub.
 

MÖVZU İLƏ BAĞLI:
Ermənistan tərəfi qəfil hərbi əməliyyatlara başlayıb - RƏSMİ


Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən bu gün saat 11:00 radələrində dövlət sərhədində Azərbaycana qarşı genişmiqyaslı təxribatlar törədilib. Müdafiə Nazirliyi döyüş postlarımıza hücum nəticəsində iki hərbi qulluqçumuzun yaralandığını açıqlayıb.

Bildirilib ki, adekvat tədbirlər görülüb. Hazırda sərhəddə vəziyyət gərgin olaraq qalır, vəziyyət nəzarət altındadır.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO