İrəvan Moskvaya səsləndi: “Suveren ərazimizi müdafiə edin”

İrəvan Moskvaya səsləndi: “Suveren ərazimizi müdafiə edin”

Hazırda oxunan: İrəvan Moskvaya səsləndi: “Suveren ərazimizi müdafiə edin”

46288

İrəvan Moskvanı 1997-ci ildə imzalanmış ikitərəfli müqaviləyə uyğun olaraq Ermənistanın suveren ərazisini müdafiə etməyə çağırır.

Bizim.Media “armeniasputnik.am” nəşrinə istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai televiziyanın efirində deyib. 

“Ermənistanın suveren ərazisinə hücum olduğu üçün biz 1997-ci il ikitərəfli müqaviləsi çərçivəsində və qarşılıqlı öhdəliklər məntiqinə uyğun olaraq Ermənistanın ərazi bütövlüyünü qorumaq çağırışı ilə Rusiyaya müraciət edirik”, - Qriqoryan bildirib. 

Təhlükəsizlik Şurasının katibi izah edib ki, hazırkı mərhələdə müraciət şifahi şəkildə rəsmiləşdirilib, sonra isə yazılı prosedur həyata keçirilib. Qriqoryan qeyd edib ki, hakimiyyət belə bir prosesin başlanması ilə bağlı cəmiyyəti və tərəfdaşları xəbərdar etmək istəyir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO