Millət vəkilindən 2022-nin büdcəsinə tibblə bağlı ETİRAZ 

Millət vəkilindən 2022-nin büdcəsinə tibblə bağlı ETİRAZ 

Hazırda oxunan: Millət vəkilindən 2022-nin büdcəsinə tibblə bağlı ETİRAZ 

46287

“Çox təəssüflər olsun ki, tibb elminin və elmi tədqiqatların inkişafı üçün nəzərdə tutulan xərclər azdır”.

Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin "2022-ci ilin dövlət büdcəsi haqqında" qanun layihəsi və büdcəyə daxil olan digər məsələlərə həsr olunmuş plenar iclasında millət vəkili, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Daha sonra o, qeyd edib ki, icbari tibbi sığortanın da həyata keçirilməsində müəyyən problemlər var.
 

MÖVZU İLƏ BAĞLI:

Milli Məclis yeni qanun layihəsini müzakirəyə çıxarır


“Təəssüf edirəm ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları burada iştirak etmir. Ancaq gələcəkdə onları da bu müzakirələrə dəvət etmək lazımdır. Zərfdə olan xidmətlərin sayı insanlarda müəyyən narazılıqlar yaradır.

Hesab edirəm ki, bu xidmətlərin sayını 2 dəfə artırmaqla insanları məmnun edə bilərik. Orqan transplantasiyası sahəsində növbələr yaratmağa da bizim ixtiyarımız yoxdur. Bu istiqamətdə də işləri davam etdirməliyik”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO