Pay torpağı olanlar ünvanlı sosial yardım almaq üçün nə etməlidir? - İZAH

Pay torpağı olanlar ünvanlı sosial yardım almaq üçün nə etməlidir? - İZAH

Hazırda oxunan: Pay torpağı olanlar ünvanlı sosial yardım almaq üçün nə etməlidir? - İZAH

46279

Pay torpağı olan bəzi vətəndaşlar ünvanlı sosial yardım almaq üçün müraciət etdiklərində bəzən problemlə qarşılaşırlar. Onlar bu haqda məlumatsız olsalar da, lakin elektron məlumatlar emal olunduqda bu, üzə çıxır.

Belə olan halda vətəndaş ünvanlı sosial yardım üçün hansı formada müraciət etməlidir?

Bizim.Media xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialının direktoru Nicat İsmayılov "Sosial saat" verilişində məsələyə aydınlıq gətirib.
 

MÖVZU İLƏ BAĞLI:

Vətəndaşlar bu rüsumdan azad edilir – Milli Məclisdən YENİ QƏRAR


O bildirib ki, vətəndaş ilk növbədə "Torpaq islahatı haqqında" Qanuna əsasən pay torpağının sənədini (indiki halda çıxarış) əldə etdikdən sonra müvafiq icra hakimiyyəti orqanında, yəni İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində qeydiyyata salmalıdır:

"Müraciətdən sonra vətəndaşa VÖEN açılır və 3 gün ərzində həmin VÖEN üzrə sığortaedənlərin uçot nömrəsi verilir.

Bu nömrə Dövlət Sosial Müdafiə Fondu tərəfindən avtomatik qaydada açılır.

Bundan sonra vətəndaş ünvanlı sosial yardım almaq üçün sadəcə nömrənisini Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminə (VEMTAS) qeyd etməklə həmin torpaq mülkiyyətini bəyan edir. Beləliklə, onun torpaq pay mülkiyyətindən gəlirləri Nazirlər Kabinetinin qiymətləndirmə normalarına uyğun olaraaq hesablanır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO