Tural Abbaslının nişanlısı ilə görüntüsü MÜZAKİRƏ YARATDI – Özündən AÇIQLAMA - VİDEO

Tural Abbaslının nişanlısı ilə görüntüsü MÜZAKİRƏ YARATDI – Özündən AÇIQLAMA - VİDEO

Hazırda oxunan: Tural Abbaslının nişanlısı ilə görüntüsü MÜZAKİRƏ YARATDI – Özündən AÇIQLAMA - VİDEO

46259

Ağ Partiya başqanı Tural Abbaslının sosial şəbəkələrdə stamotoloq kimi fəaliyyəti ilə bağlı görüntülər əks olunub. Görüntülərdə Tural Abbaslının  diş həkiminə gətirdiyi nişanlısı Nərmin İsrafil də yer alıb. Partiya başqanı öz növbəsində stomotoloqun işini davam etdirmək üçün həkimin köməkçisi rolunda çıxış edib.

Videogörüntü sosial mediada geniş müzakirələrə səbəb olub və postun altında siyasətçinin ünvanına çoxsaylı şərhlər gəlib.

Partiya başqanı Bizim.Media-ya açıqlamasında sözügedən məsələyə münasibət bildirib: 

“O stomotoloq fəaliyyəti deyil. Nişanlımın diş problemi var idi. Onunla həkimə getmişdik. Orada da dişi müalicə edəndən sonra su ilə yumaq lazım idi. Düyməni sıxırsan, su vurur və ağız nahiyəsi yaxalanır.
 

MÖVZU İLƏ BAĞLI:

Tural Abbaslı toyunun tarixini AÇIQLADI - ÖZƏL


Mən də sadəcə o aparatı işə salıram. Diş həkimi dostumuzdur. Görüntüləri özü çəkdi və paylaşacam dedi. Bilmirəm, bu, insanların niyə marağına səbəb olub? Orada qeyri-adi, fantastik bir şey yoxdur. Həm də mən orada stomotologiya ilə məşğul olmuram”.

Tural Abbaslı insanların marağının başadüşülən olduğunu da qeyd edib:

“Anlıyıram ictimai insanların demək olar ki, şəxsi həyatı olmur. Hətta sevinmək, gülmək, əsəbləşmək, danışmaq kimi məsələlər belə diqqət mərkəzində olur. Haradasa nişanlınla oturub, evə qayıdandan sonra sosial şəbəkdə kimsə mənə “bəy sizi filan yerdə gördük” deyə yazır. Hər halda şəxsi həyata nisbətən hörmətlə yanaşmaq lazımdır”. 

Alçina Amilqızı, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO