İran Prezidenti:

İran Prezidenti: "Münasibətlərə xələl gətirməsinə imkan verməyək"

Hazırda oxunan: İran Prezidenti: "Münasibətlərə xələl gətirməsinə imkan verməyək"

46165

İrandə rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu ölkənin prezidenti İbrahim Rəisi ilə görüşüb.

Bizim.Media xəbər verir ki, görüş zamanı Türkiyə-İran münasibətləri, regionda baş verən hadisələr müzakirə edilib.

İranın dövlət başçısı Cənubi Qafqaz regionunda sabitliyin yaradılması və ticarət əlaqələrinin inkişafı üçün İranla Türkiyənin əməkdaşlığından danışıb:
 

MÖVZU İLƏ BAĞLI:

Çavuşoğlu İran prezidenti ilə görüşdü – VİDEO


“İranın Azərbaycan və Türkiyə ilə dərin və uzunmüddətli dini və mədəni əlaqələri var. Biz əcnəbilərin bəzi hərəkətlərinin münasibətlərə xələl gətirməsinə imkan verməməliyik”.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da öz növbəsində ölkəsinin İranla əlaqələrini genişləndirməyə çalışdığını vurğulayıb:

"Türkiyə İranın yeni hökumətini nəticəyönümlü hökumət hesab edir və Tehranla əməkdaşlıq səviyyəsini mümkün qədər artırmaq əzmindədir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO