Bakının Qaradağ rayonunda fəhlə iş zamanı ölüb.
Bizim.Media xəbər verir ki, noyabrın 12-də Qızıldaş qəsəbəsi ərazisində yerləşən "Qaradağ" ASC-yə məxsus daş karxanasında maşinist işləyən Əbülfəz Hacıyevin iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Müəyyən edilib ki, Əbülfəz Hacıyev işlədiyi daş karxanasında idarə etdiyi daş kəsən mişar maşın-kombaynın mühərrik hissəsinə ilişərək mühərrikin hərəkətdə olan hissəsinin arasında qalması nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə istintaq davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:55 / 15.11.2021
Bakıda FACİƏ: Maşinist daş kəsən mişarın arasında qalaraq öldü
Hazırda oxunan: Bakıda FACİƏ: Maşinist daş kəsən mişarın arasında qalaraq öldü
Hazırda oxunan: Bakıda FACİƏ: Maşinist daş kəsən mişarın arasında qalaraq öldü
46122
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.