“O, Azərbaycan futbolunu deyil, karyerasını düşünür” - Şərhçidən Qətərlə oyun barədə SƏRT TƏNQİD

“O, Azərbaycan futbolunu deyil, karyerasını düşünür” - Şərhçidən Qətərlə oyun barədə SƏRT TƏNQİD

Hazırda oxunan: “O, Azərbaycan futbolunu deyil, karyerasını düşünür” - Şərhçidən Qətərlə oyun barədə SƏRT TƏNQİD

46120

“Qətər yığması ilə oyunda nəticə Azərbaycan futbolunun gələcəyi üçün vacib deyildi”.

Bunu Bizim.Media-ya açıqlamasında futbol şərhçisi Səbuhi Səfiyarlı bildirib: 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda futbolçular niyə taksi sürücüsünə çevrilir? - Gündüz Abbaszadə çətin sual qarşısında - VİDEO


“Bu yoldaşlıq oyunu idi. Amma start heyyəti göstərdi ki, Baş məşqçi heç də Azərbaycan futbolunun deyil, öz karyerasının gələcəyini düşünür.

Hər halda növbəti iş yerinə gedən zaman CV-sində hər hansı qələbənin olduğu görünsün. Çünki Azərbaycan yığmasında hər hansı qələbə qazanmayıb. O, bütün əsas oyunçuları heyyətə cəlb etmişdi. Halbuki biz növbəti seçim mərhələlərində bizə lazım olacaq gənc oyunçuları heyyətdə görmək istəyərdik. Bu sonradan meydana daxil olunan Cəlal Hüseynova, Amil Seydiyevə də aiddir. Amma məşqçi demək olar ki, heyyətə döyüşkən oyunçuları buraxdı və qələbəyə oynadı”.

Şərhçi bildirib ki, məşqçi oyunda sistemi dəyişmək haqqında düşünə bilərdi: 

“Hansı ki, bu sistem bizə uğur gətirmir və onunla cəmi 1 xal qazanmışıq. Sistemi dəyişib, yoxlamağa ehtiyac var idi. 6 əvəzetmə şansı olduğu halda onun 5-dən istifadə etdi. Yığmanın oyunu haqqında danışmağın belə mənası yoxdur. Biz hətta Lüksemburqa qalib gəlsək belə, bu bizim futbolumuz üçün göstərici deyildi.
 

Biz futbolumuzun problemlərinin nə olduğunu bilirik və Federasiyadan çıxış yollarının göstərilməsini və hansısa addımların atılmasını gözləyirik. Əks halda futbolumuzun problemləri daha da dərinləşəcək”.


Xatırladaq ki, Canni De Byazinin baş məşqçi olduğu yığmamızın Bakı Olimpiya Stadionunda Qətər yığması ilə qarşılaşması 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO